BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan neftinin 1 bareli 76 dolları ötüb

Azərbaycan neftinin 1 bareli 76 dolları ötüb

28-07-2018, 10:47
Oxunub: 2 768 Azərbaycan neftinin 1 bareli 76 dolları ötübCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 76,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,7 dollar/barel çoxdur

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 75,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 26-da 71,77 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 26-da 74,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.