BolgeXeber.Com » İqtisadiyyat » Qubad İbadoölu: “Bahalaşma taksidə gediş haqlarının artımını şərtləndirəcək”

Qubad İbadoölu: “Bahalaşma taksidə gediş haqlarının artımını şərtləndirəcək”

31-07-2018, 11:55
Oxunub: 3 743 Qubad İbadoölu: “Bahalaşma taksidə gediş haqlarının artımını şərtləndirəcək”“Aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır”

Bolgexeber.com xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqını 50 faiz artımını şərh edərkən qeyd edib.

“Yeni qiymətlər 1 avqust tarixindən qüvvəyə minəcək.

Çox güman ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.

Bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq.

Tarif Şurası çoxdan gözlənilən qərara imza atdı. Bu günkü iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Çox güman ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.
Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki, metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.