Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
18-08-2018, 14:43
Oxunub: 5 036
Azərbaycan Xarkov və Odessada ticarət evləri açmağı planlaşdırır.
Trend-ə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskovetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir.
22 iyunda Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Ukraynanın Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv iştirak ediblər.
Ticarət evlərində "Made in Azerbaijan” brendi ilə təqdim olunan mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika, avtomobil yağları, çay və digər məhsullar olacaq.
Son vaxtlar Azərbaycan Made in Azerbaijan brendini xarici ölkələrdə aktiv olaraq təşviq edir. Bu məqsədlə artıq Riqada (Latviya, Minskdə (Belarus) ticarət evləri açılıb. Azərbaycan şərab evinin Şanxayda (Çin) açılması da nəzərdə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər