Biznes obyektinə hərracda sahib ol: Özəlləşməyə 172 dövlət əmlakı çıxarıldı
20-08-2018, 16:50
Oxunub: 4 474
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlaklarının fəaliyyəti ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərir
Hərraca çıxarılan müəssisə və obyektlərin müxtəlifliyi investorlara biznes planlarına uyğun obyekti seçmək imkanı yaradır. Elektron mühitə keçən prosedurlar isə hərracı daha da sadələşdirib. Belə ki, hər bir vətəndaş seçdiyi əmlaka elektron sifariş vermək, hərracın keçirildiyi məkana getmədən onlayn formada prosesdə iştirak etmək kimi üstünlüklərdən istifadə edə bilir.
Müasir texnologiyanın tətbiqi ilə növbəti hərrac 18 sentyabr tarixində baş tutacaq. Budəfəki hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
Yevlax, Şəmkir, İsmayıllı, Biləsuvar kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Cəlilabad Məişət, İsmayıllı Təmir Tikinti kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb.
Hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisələri ərazi, qiymət və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi investora müxtəlif biznes sahələrində gəlir gətirə bilər. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu obyektin ümumi faydalı sahəsi 237 kv.m-dir.
Ölkənin müxtəlif rayon və şəhərlərində yerləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12 kv.m ilə 376 kv.m aralığındadır. İnvestor Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki qeyri-yaşayış sahəsini gəlirli xidmət obyekti kimi istifadə edə bilər. Qeyd edək ki, bu obyektin ümumi faydalı sahəsi 36 kv.m-dir.
Bu dəfə hərraca buraxılış tarixləri 2005-2007 olan KİA və Daewoo markalı nəqliyyat vasitələri ilə yanaşı gəmi də çıxarılıb. “Kapitan Rəcəbov” adına buzqıran gəminin buraxılış tarixi 1976-cı ildir.
Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytında (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) müvafiq bölməyə daxil olmaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərracda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər