Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül-Qobustan qəsəbəsində
7-09-2018, 12:13
Oxunub: 4 364
Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyasınövbəti dəfə Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsinin sakinləri üçün keçiriləcək
Təşkil olunacaq kampaniyanın mobil ofisləri Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında fəaliyyət göstərəcək. Qəsəbə sakinləri 10-14 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlıoperativ qeydiyyat xidmətləri üçün müraciət edə bilərlər.
Vətəndaşa yönəlik sosial kampaniyaların reallaşmasıhər kəsin qanunvericiliyə uyğun olaraq mülkiyyət hüquqlarından daha geniş və rahat şəkildəyararlanmasını təmin edir.Əlçatanlıq və məmnunluq prinsplərinə əsaslanan daşınmaz əmlakın bütün qeydiyyat xidmətləri vətəndaşların olduğu məkanda göstərilir.
Məlumat üçün bildirək ki, bu kampaniya başladığı vaxtdan Abşeron rayonu üzrə 8 qəsəbənin (Ceyranbatan, Saray, Məmmədli, Digah və digərləri) sakinlərini səyyar şəkildə yüksək keyfiyyətli xidmətlərlə təmin edib. Sosial əhəmiyyətli layihə çərçivəsində 650-ə yaxın vətəndaş müraciətinin qəbul edilməsinə nail olunub. Hər bir müraciətə komitə əməkdaşları tərəfindən həssaslıqla yanaşılıb, sakinlərə qanunvericiliyə uyğun olaraq xidmətlər göstərilib.
Qeyd edək ki, hazırda kampaniya Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1 (qəsəbə icra nümayəndəliyinin qarşısı) ünvanında fəaliyyət göstərir. Sakinlər mobil ofislərə yaxınlaşaraq daşınmaz əmlakla bağlı xidmətlərdən yararlana bilərlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər