Rusiyalı milyarderlərin mülklərinə həbs qoyulacaq
8-09-2018, 10:34
Oxunub: 4 124
Solsberi üzrə məlumatların açıqlanmasından sonra onlarla rusiyalı milyarderlərin Britaniyadakı aktivlərinə həbs qoyula bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “The Daily Mail” nəşrinin məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, yaxın aylarda Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyi 100-dən çox əcnəbi barədə tədbir görə bilər. Onların əksəriyyətinin rusiyalı olduğu bildirilir.
Sorğu çərçivəsində xaricdə korrupsiya və ya mütəşəkkil cinayətkarlıqla əlaqələrdə şübhəli bilinən əcnəbilər məhkəmədə Britaniyadakı mülkləri hansı pulla aldıqlarını göstərməlidirlər. Bunu edə bilməsələr, hakimiyyət strukturları onların mülklərinə və aktivlərinə həbs qoyulmasını tələb edə bilər.
Nəşrin yazdığına görə, İqor Şuvalov, Andrey Yakunin, Roman Abramoviç, Oleq Deripaska və Elsina Xayrova Britaniyada çətinliklərlə üzləşə bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər