“Nar”-dan 10 qəpiyə günlük internet paketi təklifi
13-09-2018, 19:07
Oxunub: 4 700
“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir
Təklif edilən “Günü 10 qəpik” paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır.
“Günlük 40 qəpik” paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə “Günlük 59 qəpik” paketinə qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 MB internet təqdim edir. Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES kodunu yığmaq kifayətdir.
“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.
“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər