Hərrac iştirakçılarının sahib olduqları dövlət əmlakları: siyahı
18-09-2018, 14:32
Oxunub: 3 431
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron sifariş və onlayn iştirak imkanlarından istifadə ilə 18 sentyabr tarixində növbəti hərrac baş tutdu
Bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kv.m-dir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olundu. Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Qeyd edək ki, bu əmlakın ümumi faydalı sahəsi 376 kv.m, satış qiyməti isə 100 min manatdır.
Reallaşan hərracların nəticələri, özəlləşdirilən dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytında (www.emdk.gov.az) müsabiqə və hərraclar bölməsində nəticələr keçidinə daxil ola bilər.
Komitə tərəfindənkeçirilən hərraclarda hər kəs məhdudiyyətsiz formada iştirak edərək dövlət əmlakına sahib ola bilər. Özəlləşdirilən müxtəlif kateqoriyalı dövlət obyektlərinin sonrakı fəaliyyəti ölkədə həm iqtisadi, həm də sosial vəziyyətə müsbət təsir göstərir. İnvestisiya yatırılmış müəssisələr yeni və müasir standartlara uyğun yenidən qurulur. Bu fəaliyyət nəticəsində yeni iş yerləri yaranır, əhalinin məşğulluq səviyyəsi artır. Özəlləşən müəssisələrdə istehsal olunan məhsullar və ya göstərilən xidmətlər ilə ölkə daxilində vətəndaşların tələbatları ödənilir.
Qeyd edək ki, 25 sentyabrda baş tutacaq növbəti hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.
Hərrac barədə ictimai məlumatlandırmaÖzəlləşdirmə portalı, komitənin rəsmi saytı, facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər