Bu addım atılarsa, marketlər müştəriləri aldada bilməyəcək - Türkiyədən sonra Azərbaycan da...
25-09-2018, 13:04
Oxunub: 4 330
Bu gün bəzi ölkələrdə məhsulun üzərindəki etiketdə onun maya dəyərini əks etdirən qiymət də öz əksini tapır
Artıq bir sıra ölkələrdə bununla bağlı qanunvericiliyə dəyişikliklər də edilir. Hətta bir neçə gün öncə qardaş ölkə Türkiyədə də bu barədə qərar qəbule dildi. Bu addım istehlakçıları qorumağa imkan verir. Belə bir təcrübənin mənimsənilməsi süni bahalaşmanın qarşısını almış olacaq. Həm də endirimlər zamanı müştərilərin aldadılması halları da kəskin şəkildə azalacaq.
Maraqlıdır, Azərbaycanda da bu təcrübəni tətbiq etmək mümkündürmü?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, istehsalçıların xərcləri və marjalarının dəqiq öyrənilməsi üçün belə etiketlərin vurulması vacibdir:
"Bu halda istehlakçı biləcək ki, aldığı məhsulun üzərinə istehsalçı, yaxud da paylayıcı şəbəkə nə qədər vəsait qoyub. Düşünürəm ki, yerli istehsalçılar üçün qanunvericiliyə belə bir dəyişikliyin edilməsi vacibdir”.
Yerli mallara bu etiket qiymətinin yapışdırılması ilə bağlı problemlərin olmadığını deyən N.Cəfərlinin sözlərinə görə, xaricdən gətirilən məhsullarda müəyyən problemlər ortaya çıxa bilər:
"Xaricdən gətirilən məhsulların etiketləşdirilməsində isə müəyyən problemlər yaranacaq. Bəzi ölkələrdə məhsulun etiket qiyməti vurulur, bəzilərində isə vurulmur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər