Bu həftə daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək
8-10-2018, 18:58
Oxunub: 3 793
Əmlak Məsələləri Dövlət Komitəsi rahatlığı təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri vətəndaş ünvanlarında göstərməkdə davam edir
Əmlak Məsələləri Dövlət KomitəsindənBolgexeber.com-a verilən məlumata görə hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyasının bu həftəki ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsidir.
Belə ki, 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək komitə əməkdaşları tərəfindən vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək. Sosial aksiya çərçivəsində sakinlər vaxt itirmədən elə yaşadıqları qəsəbədə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətlərindən yararlana bilər. Müraciət etmək və ya hüquqi məsləhətlər almaq üçün Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi 18 (Mehdiabad İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşmaq kifayətdir.
Qeyd edək ki, 12 kənd və qəsəbədə keçirilən ictimai əhəmiyyətli kampaniya çərçivəsində mobil ofislərə ümumilikdə 850-dən çox vətəndaş müraciəti daxil olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər