Rəqabətsiz “Buta”, müflisləşən aviaşirkətlər və “ucuz” biletlər… – İTTİHAM
12-10-2018, 13:07
Oxunub: 3 945
Əvvəlki illərə nisbətən hazırda uçuşlarda loukoster qiymətlərə daha çox üstünlük verildiyini deyən iqtisadçı rəqabətə hazır olmağın şərtlərini də açıqlayıb
Avropada son beş həftədə 5 aviaşirkət iflasa uğradı.
“TRT” telekanalının yaydığı məlumata görə, “Azur Air” (Almaniya), “Small Planet” (Almaniya), “VLM” (Belçika) və “Skyork Airlines” (İsveçrə) hava yollarından sonra, Danimarka-Latviya mənşəli “Primera Air” şirkəti də rəqabətə davam gətirə bilmədi
Azərbaycanda ucuz aviaxidmət göstərən “Buta Airways” şirkəti fəaliyyətini qoruyur. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuşları reallaşdıran “Buta Airways” Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstanda on beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir. Uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85 faiz təşkil edən sözügedən şirkət hələ ki, bazarda tək olduğu üçün rəqabət qorxusu yoxdur.
Maraqlıdır, bu qədər ucuz qiymətlərlə aviaxidmət göstərən Avropa şirkətlərinin iflas etdikləri bir dönəmdə Azərbaycanda ilk aşağı büdcəli aviaşirkət olan “Buta Airways” maliyyə sabitliyini necə qoruyub saxlaya bilir?
Yenicag.az-ın mövzu ilə bağlı sualını iqtisadçı Vüqar Bayramov belə şərh edib:
“Əslində bu normal tendensiyadır, şirkətlərin biri inkişaf etdikcə, digəri müflisləşə bilər. Bu, həmin ölkələrdə rəqabətin güclü olduğunu göstərir. Görünür, həmin şirkətlər də belə olan təqdirdə rəqabətə tab gətirə bilməyiblər. Həmçinin, həmin ölkələrdə işçilər də yüksək əmək haqqı tələb edir. O zaman şirkət əlavə xərcləri qarşılaya bilmir. Bazarda rəqabətin az olması belə şirkətlərin rahat fəaliyyət göstərməsi ilə nəticələnir. Azərbaycanda hələlik rəqabət güclü deyil. Amma təbii ki, bir neçə il ərzində rəqabət yaranarsa, “Buta”nın da güclü rəqabətə hazır olmasına ehtiyac olacaq. Ən vacib şərt idarəetmə və rəqabətə hazır olmaqdır. İdarətməni qoruyub saxlamaq, tətbiq etmək və genişləndirmək gələcəkdə Butanın hava məkanıeda qalmasını şərtlərdən amillərdən biridir. Xərcləri minimallaşdırılmalıdır. Əgər “Buta” da gələcəkdə xərcərini minimallaşdıra biləcəksə, sektorda qala biləcək”.
Əvvəlki illərə nisbətən hazırda uçuşlarda loukoster qiymətlərə daha çox üstünlük verildiyini deyən iqtisadçı rəqabətə hazır olmağın şərtlərini də açıqlayıb:
“Sərnişinlər daha ucuz qiymətlərlə uçmağa maraqlıdırlar. Bu sahənin genişləndirilməsinə şirkətlər özləri də maraq göstərir. Bu sistem gələcəkdə ölkədə hava yolları sisteminin daha da mükəmməl şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq. Hazırda Azərbaycanda loukoster sistemində “Buta Airways” rəqibsizdir. Şirkətin ən çox rəqabət apardığı Rusiya, Türkiyə hava yollarıdır. Bu şirkət yalnız ölkədaxili aviakassalarla deyil, Türkiyə və Rusiyanın aviakassaları ilə də satışları həyata keçirir. Şirkətin hər hansı zərərlə işləyəcəyini zənn etmirəm. Birmənalı şəkildə gəlirləri var. Çünki onlar qiymətləri müəyyənləşdirməzdən öncə, maya dəyərlərini hesablayır və uyğun qiymət müəyyənləşdirirlər. Bazarda rəqabətə davam gətirmək lazımdır. Bunun üçün də düzgün hesablama sistemi müəyyən edib, buna uyğun fəaliyyət göstərmək lazımdır. Əgər “Buta” da bunu edə biləcəksə, gələcəkdə də bazarda üstünlüyünü qoruyub saxlaya biləcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər