Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində
22-10-2018, 12:03
Oxunub: 3 730
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyat xidmətlərini əlçatan formada göstərməkdə davam edir
Hər həftə ayrı-ayrı yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir. Sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar 22-26 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər komitənin mobil ofislərinə yaxınlaşa bilər. Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərəfərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.
Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir. Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsivətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır. Yenilənmiş mobil xidmət məkanı isəeyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir. Komitə əməkdaşları tərəfindənsəyyar xidmətlərin göstərilməsi və hüquqi məsləhətlərin verilməsindəyeniliklərin tətbiqibirbaşa vətəndaş məmnunluğunun təminatına yönəlib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər