BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

25-10-2018, 10:11
Oxunub: 2 343 Azərbaycan neftinin qiyməti 78 dollara düşübAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,4 dollar və yaxud 0,51% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,06 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.