BolgeXeber.Com » İqtisadiyyat » Metroda qatarda problem yarandı - İnterval uzandı

Metroda qatarda problem yarandı - İnterval uzandı

2-11-2018, 10:01
Oxunub: 2 621 Metroda qatarda problem yarandı - İnterval uzandıBakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə səhər saat 08:17 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib.

Qatarda qəfil nasazlıq yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarlarda interval uzanıb.

Hazırda nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.