Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı kəndlərində
19-11-2018, 17:28
Oxunub: 3 167
Xidmətlərin bu həftəki ünvanı Mərdəkandır
Əmlak Məsələləri Dövlət Komitəsi göstərilən xidmətləri əhaliyə daha yaxın etmək üçün ictimai kampaniyaların keçirildiyi ərazilərin sayını artırmaqda davam edir.
Vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipini rəhbər tutaraq “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası bu həftə Mərdəkan qəsəbəsində təqdim olunur. Xidmətlərdən yararlanmaq istəyən sakinlər 19-23 noyabr tarixlərindəsaat 09:00-dan 17:00-a qədər Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, Mədəniyyət sarayının qarşısındakı mobil ofisə yaxınlaşa bilər.
Kampaniya çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarına dair çıxarış almaq istəyən vətəndaşlar sənədlərini səyyar xidmət ofisinə təqdim edə bilər. Qeyd edək ki, sosial aksiya zamanı vətəndaşlara qeydiyyat ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Sakinlər tərəfindən komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün suallar mütəxəssislər tərəfindən cavablandırılır, hüquqi məsləhətlər verilir.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının keçirilməsivətəndaşların mülkiyyət hüququndan rahat istifadəsini təmin edir eləcə də, qanunvericiliyə uyğun leqal əmlakların sayını artırır. Bu kampaniya keçirildiyi hər bir kənd və qəsəbədə sağlamlıq imkanları məhdud və yaşlı sakinlərin maneəsiz qeydiyyat xidmətlərindən istifadə etməsinə şərait yaradır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər