BolgeXeber.Com » İqtisadiyyat » 2019-cu ilin ilkrəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildi

2019-cu ilin ilkrəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildi

8-01-2019, 14:04
Oxunub: 3 557 2019-cu ilin ilkrəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildiƏmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən hərraclar dövlət əmlaklarının özəlləşdirilməsinireallaşdırmaqlayeni biznes obyektlərinin yaranmasına dəstək olur

Müxtəlif sahələrə uyğun olan müəssisələrin hərraclara çıxarılması investorların seçim imkanlarını artırır. Müasir yanaşmaların cəlb olunmasıilə hər kəs üçünözəlləşdirilməfürsətlərindən rahat istifadə şəraitiyaradılıb. Vətəndaşların sərbəst iştirakçılığı ilə növbəti hərrac 8 yanvar tarixindəkeçirildi.İlin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdir.
Paytaxtda yerləşən kiçik dövlət müəssisələrdən biri rəqabətli mühitdə özəlləşdirildi. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsindəki mağazanın ümumi faydalı sahəsi 95.8kv.m-dir. Dövlət əmlakına ilkin qiymət 35 min manat təyin olunsa da, sifarişçilərdən biri 35 min 500 manat təklif edərək obyekti özəlləşdirdi.Müxtəlif xidmət sahələri üzrə biznes imkanları təklif edən obyektlərdən biri də Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Əmlak kompleksidir.Ümumi faydalı sahəsi 1455 kv.m olan dövlət əmlakının sifarişçisi onu təyin olunan ilkin hərrac qiymətinə- 60 min manata özəlləşdirdi. Qax rayonundakı əmlakın isə ümumi faydalı sahəsi 661,5 kv.m-dir. Bu dövlət obyektini özəlləşdirən şəxs 3293 kv.m-lik torpaq sahəsi ilə birgə əmlaka investisiya yatıra biləcək.
İştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələrindən biriZərdab şəhərində, digərləri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Bu kateqoriya üzrə ən yüksək ümumi faydalı sahəsi və hərrac qiyməti olan dövlət əmlakı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindədir.143 kv.m-lik sahəsi olan, xidmət fəaliyyəti üçün əlverişli obyekti vətəndaş 35 min manata özəlləşdirdi.Özəlləşdirilən yarımçıq tikili İsmayıllı şəhəri, M.F.Axundovküçəsindədir. Dövlət əmlakının ümumi faydalı sahəsi 3377 kv.m, birlikdə özəlləşdirildiyi torpağın ərazisi isə 1732.8kv.m-dir.
Qeyd edilməlidir ki,Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda 900-ə yaxın elektron sifariş qəbul edilib, 30-a yaxın vətəndaş hərracda onlayn formada iştirak edib. Ötən il ərzində reallaşan hərraclarda 600-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir.
Bolgexeber.com
2019-cu ilin ilkrəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdirildi