BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

1-02-2019, 11:31
Oxunub: 2 442 Azərbaycan nefti cüzi ucuzlaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar və yaxud 0,22% azalıb.

Bolgexeber.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,69 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.