Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağı qəsəbəsində
4-02-2019, 12:09
Oxunub: 4 439
Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər
Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək. Daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 04-08 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.
Sakinlər əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı müraciət edə bilər. Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi səyyar kampaniyalar hər kəsin mülkiyyət hüququndan rahatlıqla istifadəsinə və ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına şərait yaradır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər