ABŞ-ın dövlət borcu tarixi rekorda çatdı
13-02-2019, 11:40
Oxunub: 3 487
ABŞ-ın dövlət borcu 22 trilyon dolları ötüb. ABŞ Maliyyə Nazirliyinə görə, bu, ölkə tarixində qeydə alınmış ən yüksək borc göstəricisidir.
Bolgexeber.com xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ mətbuatına istinadən məlumat yayıb.
Hazırda Tramp administrasiyasının rəhbərliyi altında Birləşmiş Ştatların dövlət borcu 22,012 trilyon dollar təşkil edir.
2019-cu ilin fevral ayının əvvəlindən bəri borc 90 milyard dollara yaxın artıb. Son 11 ay ərzində isə dövlət borcunun artımı bir trilyon dollardan çox təşkil edib.
“USA Today” nəşrinə görə, Donald Trampın prezident olduğu müddətdə dövlət borcu ən yüksək templərlə çoxalır. Bu sıçrayış başlıca olaraq Tramp administrasiyasının ötən il qəbul etdiyi vergi islahatları ilə əlaqələndirilir.
İslahatların dövlət büdcəsinə 1,5 trilyon dollar ziyan vurduğu bildirilir. Digər səbəb kimi Trampın dövründə hərbi xərclərin artması göstərilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər