“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağa qəsəbəsində
18-02-2019, 15:47
Oxunub: 3 760
Çevik xidmət və rahat müraciət
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşa yönəlik “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə qeydiyyat xidmətlərini daha da əlçatan edir
Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə vətəndaşların ərazi idarəsinə getmək ehtiyacı aradan qaldırılır. Çevik xidmət və rahat müraciətə yönəlmiş növbəti kampaniya bu həftə paytaxtın Maştağa qəsəbəsində keçiriləcək. Daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanmaq istəyən sakinlər 18-22 fevral tarixlərində saat 09:00-dan 17:00-dəkSabunçu rayonu, Maştağa qəsəbəsi, M.HadiŞəfai küçəsi 37 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı mobil ofisə yaxınlaşa bilər.
Yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, qəsəbə sakinləri hüquqi yardımın göstərilməsi üçün də müraciət edə bilər. Sosial aksiya çərçivəsində göstərilən xidmətlərlə bağlı bütün suallar cavablandırılır və hüquqi məsləhətlər verilir.Mülkiyyət hüququnu həyata keçirərək leqal daşınmaz əmlaka sahib olmaq istəyən bütün vətəndaşlarımızı səyyar xidmətlərdən yararlanmağa dəvət edirik.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər