BolgeXeber.Com » İqtisadiyyat » Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb

21-02-2019, 14:20
Oxunub: 2 787 Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıbPrezident İlham Əliyev Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.