BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

22-02-2019, 09:51
Oxunub: 2 304 Azərbaycan nefti bahalaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,1 dollar və yaxud 0,15% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,6 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.