BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

23-02-2019, 09:27
Oxunub: 2 099 Azərbaycan nefti bahalaşdıCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 21-də 68,6 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur

Bolgexeber.com xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.



Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.



Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,95 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.