BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni qrafiki: bu həftə içi iki ünvanda keçiriləcək
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni qrafiki: bu həftə içi iki ünvanda keçiriləcək
1-04-2019, 16:23
Oxunub: 4 092
Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni qrafiklə vətəndaşların ünvanında olacaq
Belə ki, vətəndaş məmnunluğunun artırılması üçün bu sosial kampaniya bu həftə ərzində iki ünvanda keçiriləcək
Səyyar xidmət avtobusu 2-3 aprel tarixlərində Binəqədi rayonu, 28 May qəsəbəsi, 8-ci küçədə,(Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) vətəndaşların xidmətində olacaq.Aprelin 4-ü və 5-də isə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 36 ünvanında (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında)qeydiyyat xidmətləri göstərəcək.
Kampaniyanın əhatə etdiyi ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var.Başqa sözlə, kampaniyanın keçirildiyi ərazilərin sakinləri fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı sənədlərini mobil ofislərə təqdim edə bilərlər.
Kampaniya daşınmaz əmlaka dair qeydiyyat xidmətlərini əhaliyə daha da yaxınlaşdırmaqla bu sahədə əlçatanlığı artırır. Belə mobil ofislər vasitəsilə əmlaklar daha sadə və innovativ üsullarla sənədləşdirilir,vətəndaşların qeydiyyat orqanı ilə birbaşa ünsiyyəti təmin edilir, o cümlədən digər kənar əlaqələr aradan qaldırılır imkan verir. Kampaniya vasitəsilə sənədləşmə əhalinin geniş kütləsini əhatə edir, qeydiyyat xidmətləri daha sürətli yerinə yetirilir, həmçinin daşınmaz əmlak bazarında leqal əmlakların sayı artırır.
Qeyd edilməlidir ki, qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim etmək olar.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər