İlin ilk 3 ayı ərzində 193-Çağrı Mərkəzinə 4 mindən çox müraciət daxil olub
4-04-2019, 14:18
Oxunub: 3 876
Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin interaktivqəbulu Əmlak Məsələləri Dövlət Komitəsinin 193 nömrəli Çağrı Mərkəzi vasitəsilə aparılır
Komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün müraciətlər mərkəz tərəfindən operativ və əhatəli formadacavablandırılır. Müvafiq qurum və idarələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın, məmnunluğun təmin edilməsi məqsədilə vətəndaşların rəy və təklifləri də qəbul edilir.Göstərilən bütün xidmətlər barədə vətəndaşlarməlumatlandırılır, prosedurlar geniş formada izah edilir.Bundan başqa Çağrı Mərkəzihüquqi yardım almaq istəyən vətəndaşların da müraciətləri qəbul edir.
Statistik göstəricilərə görə ilin ilk 3 ayı ərzində Komitənin Çağrı Mərkəzinə 4 mindən çox müraciət daxil olub. Müraciətlərdən 1500-ə yaxını daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, 750-ə yaxını məktub və ərizələrin icrası, 300-ə yaxını adına əmlakın olması barədə arayış, 100-ə yaxını dövlət əmlaklarının özəlləşdirilməsiilə bağlı olub.Çağrı Mərkəzinə bölgü sxemi, kadastr, dövlət rüsumu və xidmət haqqı,elektron xidmətlər və digər mövzular üzrə müraciətlər də daxil olub. Qeyd edək ki, yanvar-mart aylarında Çağrı Mərkəzinin qəbul etdiyi müraciətlərin 3,8 mindən çoxu sorğu tiplidir. Vətəndaşlar tərəfindən ünvanlanan bütün suallar komitənin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır.
Ümumi müraciətlər arasında araşdırma tələb edən müraciətlər də yer alıb. Bu tip müraciətlər qeydiyyata alınıb və müvafiq struktur bölmələrə göndərilib. Struktur bölmələrə daxil olan məsələlərin qanunvericiliyə uyğun həlli təmin edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların daha operativ formada informasiya əldə etməsi, sorğuların dərhal cavablandırılması üçünÇağrı Mərkəzində yeni və müasir üsullar tətbiq olunur. Bununla eyni anda bir neçə vətəndaş müraciəti qəbul edilir. Qeyd edək ki, 193-Çağrı Mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər