Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac
1-05-2019, 13:49
Oxunub: 4 284
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşmə sahəsində tətbiq edilən yeniliklərinvestorların rahatlıqla biznes mühitində iştirakını təmin edir
Ölkəmizdə özəlləşdirilməprosedurlarınınsadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədənbu sahədəonlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların cəlb edilməsinə geniş imkanlar yaradır. Özəlləşmə xidmətlərinə olan əlçatanlıq artırılır. Komitənin 41 xidmətindən 10-u özəlləşmə sahəsinə aiddir. Qeyd edilməlidir ki, daha çox bu sahədə praktiki xidmətlər elektronlaşdırılıb.
Onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həmdə canlı olaraq da qatılmaq mümkündür.
Ümumilikdə dövlət əmlaklarınınözəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 280-ə yaxını elektron şəkildə həyata keçirilib.Cari il ərzində bu rəqəm 40-a yaxındır. Olduğu məkanı dəyişmədən, real vaxt rejimində 30-a yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 170-ə yaxını rəqabətli şəkildə baş tutub. Bunun 40-a yaxını isə cari ilin payına düşür.
Hərraclara çıxarılan dövlət əmlakları barədə ictimai məlumatlandırma komitənin elektron resursları vasitəsilə də aparılır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatın əldə olunması və hərracda iştirakmüraciəti komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) ilə mümkündür. Hərrac gününə ən azı 30 (otuz) gün qalmış özəlləşdirmə haqqında məlumat komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә də dərc edilir. Özəlləşdirməni sürətləndirməyə, şəffaflığı və rahatlığı artırmağa yönələn Özəlləşdirmə portalına ilin ilk 3 ayı ərzində 200 mindən çox baxış olub.
Qeyd olunmalıdır ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda bu ilin ilk üç ayı ərzində ümumilikdə 42 hərrac keçirilib. Hərraca çıxarılan dövlət əmlaklarından 260-a yaxını özəlləşdirilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər