BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

2-05-2019, 10:32
Oxunub: 2 454 Azərbaycan nefti bahalaşdıCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,55 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,02 dollar/barel çoxdur.


Bolgexeber.com xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.



Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,14 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,84 dollar/barel çoxdur.



Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,45 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.