BolgeXeber.Com » İqtisadiyyat » Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxt işə düşəcək?- VİDEO

Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxt işə düşəcək?- VİDEO

7-05-2019, 13:08
Oxunub: 2 384 Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxt işə düşəcək?- VİDEOBakı-Tbilisi-Qars sərnişin qatarı yaxın vaxtlarda istifadəyə veriləcək

Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Rusiya dəmir yolları idarələri arasında əməkdaşlıq çərcivəsində keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, bu istiqamətdə işlər son mərhələdədir.

Cavid Qurbanov həmçinin bildirib ki, Bakı-Maxacqala sürət qatarının da istifadəyə verilməsi istiqamətində danışıqlar gedir. Danışıqların əsas mövzusu gömrükdə sərnişinlərin yubanmadan keçməsidir. Bu məsələ tam həllini tapdıqdan sonra sürət qatarının istifadəyə verilməsi mümkün ola bilər.

Rusiya "Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov isə Azərbaycan ilə əməkdaşlığın Rusiya üçün önəmli olduğunu bildirib. O, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun Rusiyaya verə biləcəyi faydalardan da danışıb.

Görüş çərcivəsində ilk öncə ikitərəfli müzakirələr aparılıb. Daha sonra isə Azərbaycan və Rusiya dəmir yolları idarələri arasında əməkdaşlığın inkişafı barədə memorandum imzalanıb. Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib.

(Xezerxeber.az)