Azərbaycanın ən populyar smartfonları açıqlandı
22-05-2019, 15:54
Oxunub: 4 777
“Samsung” smartfonları azərbaycanlı istifadəçilər arasında ən populyar smartfonlardır.
Statistik göstəricilər “Global Stats” portalında dərc olunub.
Aprel yekunlarına əsasən, Azərbaycanın smartfon bazarında satışların 56,89 faizi “Samsung” smartfonlarının payına düşür. Ancaq son zamanlar Cənubi Koreya istehsalçısının satış həcmi “Apple” və “Xiaomi” smartfonlarına olan tələbin artması ilə əlaqədar olaraq azalıb.
Belə ki, 2018-ci ilin aprel ayından bəri “Samsung”un smartfon bazarındakı “payı” 3,99 faiz geriləyib.
Bu müddət ərzində “Xiaomi” yerli bazar seqmentində iştirakını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, şirkətin yerli bazardakı payı 2,97 faizdən 12,94 faizə, “Apple” şirkətinin payı isə 10,36 faizdən 12,52 faizə yüksəlib.
Mahiyyət etibarilə “Samsung”, “Apple” və “Xiamoi” Azərbaycan bazarının liderləridir. Qalan məşhur brendlərin Azərbaycanın smartfon bazarındakı payı 5 faizdən aşağıdır (“Huawei” - 3,18%, LG - 2,2%, “Lenovo” - 1,69%, HTC - 1,26%, “Alcatel” - 0,91%).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər