BolgeXeber.Com » İqtisadiyyat » Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatala rayonlarındakı vətəndaşlarla görüşüb
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatala rayonlarındakı vətəndaşlarla görüşüb
25-05-2019, 13:36
Oxunub: 5 373
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyivətəndaşların müraciət və təkliflərini dinləmək, problemləri ilə daha yaxından tanış olmaq və operativ həll etmək məqsədilə Şəki, Qax və Zaqatala rayonlarında vətəndaş qəbulu keçirib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 may tarixində Şəki rayonunda vətəndaşları qəbul edib. Elə həmin gün komitə sədrinin müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşüb.
Komitə sədri Kərəm Həsənov və sədr müavinləri tərəfindən qəbula gələn vətəndaşların bütün müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Müraciətlərin ən qısa zamanda həlli ilə bağlı müvafiq struktur bölmələrin rəhbərlərinə birbaşa tapşırıqlar verilib. Bildirilib ki, göstərilən xidmətlərdə vətəndaşlara yüksək səviyyəli və layiqli münasibət göstərilməli, hər bir vətəndaşın müraciəti operativ və əhatəli formada cavablandırılmalıdır.
Komitənin struktur bölmələrinin rəhbərlərinin də iştirakı etdiyi qəbullarda ünvanlanan müraciətlərdaşınmaz əmlakın qeydiyyatı, torpaqların faktiki istifadə qaydaları, ölçülərinin müəyyən olunması ilə bağlı olub. Eyni zamanda, dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak kimi məsələlərə dair müraciətlər dəsəsləndirilib.Bəzi müraciətlər elə qəbul zamanı öz müsbət həllini tapıb. Bölgələr üzrə keçirilən qəbullarda komitənin səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb, müvafiq qurumlara göndərilməsi ilə bağlı vətəndaşlara məlumat verilib.
Komitənin fəaliyyəti ilə bağlı məlumat verən komitə sədri bildirdi ki,ölkə əhalisinin göstərilən xidmətlərdən əlçatan və rahat formada istifadəsi üçün səyyar kampaniyalar təşkil edilir.Belə ki, mobil torpaq laboratoriyaları vasitəsilə torpaqların münbitliyini və səmərəliyini birbaşa sahələrdə öyrənmək mümkündür. Bunun üçün səyyar ofislərdə müasir imkanlar yaradılıb.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyası çərçivəsində vətəndaşlara çevik formada, bilavasitə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilir, sənədlər toplanır. Komitə sədri bildirdi ki,elektron çıxarışa keçid vətəndaşların real vaxt rejimində müxtəlif əməliyyatlarda bu sənəddən maneəsiz istifadəsini, o cümlədən çıxarışın saxtalaşdırılması, yararsız hala düşməsi kimi mənfi halları aradan qaldırır.
Keçirilən qəbulda komitə sədri Kərəm Həsənovregional ofis rəhbərlərinə xidmət səviyyəsini daha da yüksəltmək, vətəndaş məmnuniyyətini təmin etmək, fəaliyyətdə çatışmazlıqları aradan qaldırmaq kimi tapşırıqlar verib. Əmlak Məsələləri Dövlət Komitəsi rəhbərliyinin vətəndaş qəbulları qarşıdakı aylarda da davam edəcək.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər