BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycandan "Çernobıl"a turlar təşkil edilir - QİYMƏT - VİDEO

Azərbaycandan "Çernobıl"a turlar təşkil edilir - QİYMƏT - VİDEO

11-06-2019, 11:29
Oxunub: 3 091 Azərbaycandan "Çernobıl"a turlar təşkil edilir - QİYMƏT - VİDEOUkraynanın Pripyat şəhəri Çernobıl faciəsindən sonra "ölülələr şəhəri" kimi tanınırdisa, indi turizm mərkəzinə çevrilir

Şəhərin adı ilə bağlı çəkilən serialdan sonra bu şəhərə turist axını başlayıb. Ukrayna höküməti şəhəri ziyarət edənlərin sayının 40 faiz artdığı barədə məlumat yayıb. Ölkəmizdən də bu şəhərə maraq göstərənlər var. Bunu nəzərə alan yerli turizm şirkətləri də Çernobıla turlar təşkil edir.



Xezerxeber.az-ın məlumatına görə, bir zamanlar insanların kabusuna çevrilən şəhərə indi minlərlə turist axın edir. XX əsrin ən böyük texnogen faciəsi-Çernobıl Atom Elektrik Stansiyasının partlayışı ilə tərk edilən Ukraynanın Pripyat şəhərinə Azərbaycandan da səfər edənlər var.


Faciənin təhlükəsini aradan qaldırmaq üçün 6 mindən çox azərbaycanlı da təmizləmə əməliyyatında iştirak edib. Hadisə ilə bağlı serial və səndəli filmlərin çəkilişindən sonra bu ölkəyə səfər edənlərin sayı artıb.


Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, "Çernobıl" turunda yalnız yaşı 18 dən yuxarı olanlar iştirak edə bilər. Sağlamlıq, əraziyə giriş üzrə sənədlər və digər yoxlamlar da Kiyevdə həyata keçirirlir. Əraziyə səyahət 1 gündən az çəkir və bəzi qadağalara mütləq əməl etmək tələb olunur.


Vətəndaşların bəziləri Çernobıl atom stansiyasının indiki halının və tərk edilmiş şəhərin maraqlı olduğunu düşünürlər. Bəziləri isə tam əksinə...


Qeyd edək ki, Ukrayna höküməti son bir ay ərzində Çernobıla səfərlərin 40 faiz artdığı barədə məlumat yayıb.


Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: