Üzərində Rəsulzadənin şəkli olan avro buraxıldı
14-06-2019, 10:40
Oxunub: 4 601
Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın şəkilləri olan avro xatirə pul nişanı buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşıb. Layihənin gerçəkləşməsi üçün türkiyəli kolleksiyonçu Özgür Honça, Serhat Cemil Küçük və bir çoxlarının əməyi olub. Sözügedən pul nişanı dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əsginazdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.
Layihənin müəllifi Özgür Honça gördüyü bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib: “Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk və daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər