Səyyar qeydiyyat avtobusu Samux rayonunda
1-07-2019, 12:20
Oxunub: 3 049
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan səyyar aksiyalar vətəndaşların elə yaşadıqları kənd və qəsəbələrdə qeydiyyat xidmətlərindənyararlanmasını təmin edir
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin rahat və əlçatan formada xidmətlərdən istifadəsinə, eləcə də ölkə üzrə leqal daşınmaz əmlakların sayının artmasına yönəlib.
Xidmətləri birbaşa ünvanlara aparan səyyar qeydiyyat aksiyasının fürsətlərindən bu həftə Samux rayonunun sakinləri yararlanacaq. Sosial kampaniya 01-02 iyul tarixlərində Samux rayonunun İnstitut qəsəbəsində (İnstitut binasının qarşısı), 03-05 iyul tarixlərində isə Qarayeri qəsəbəsində (Musiqi məktəbinin qarşısı) keçiriləcək. Vətəndaşlar saat 09:00-dan 17:00-a qədər yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, hüquqi yardım və məsləhət üçün də səyyar avtobusa müraciət edə bilər.
Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası vaxta qənaəti təmin edir, sakinlərin qeydiyyat xidmətləri üçün digər yerlərə getməsinin qarşısını alır. Müasir şərait və operativ xidmət imkanları daha çox vətəndaşın eyni anda xidmətlərdən yararlanmasına şərait yaratmaqla məmnunluğu artırır.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər