Hərracda kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi
2-07-2019, 15:45
Oxunub: 4 754
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda sadə iştirak imkanları ilə internetin olduğu məkandan özəlləşdirməyəqoşulmaq mümkündür
Seçdiyi əmlakı elektron sifariş verməklə yanaşı, hər kəshərracdaonlayn formada iştirakedə bilər. Bu fürsətlər özəlləşdirmədə rahat iştirakı və şəffaf mühiti təmin edir.
İyulun 2-si Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var. Sahəsi 184.6 kv.m olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231.8 kv.m-lik torpaq sahəsi ilə birgəözəlləşdirildi. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111.5kv.m-dir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirdi.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakınıözəlləşdirdi. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olanbu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33.6kv.m-dir.
Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərracda iştirak etdilər. ÖzəlləşdirilənBMW, QAZ, Fiatmarkalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-dir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 9-u keçiriləcək.Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdarcəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərrac prosesinə qoşulmaq üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər