Avstraliyada sürücüsüz avtobuslar sərnişinləri daşımağa başlayıb
20-07-2019, 09:44
Oxunub: 3 526
Yeni Cənubi Uels hakimiyyəti Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət göstərməsi üçün "BusBot" proqramının ikinci sınaq mərhələsini işə salıb
"EasyMile" şirkətinin "EZ10" modelinin robot şattları ilk öncə liman boyunca istirahət edənləri daşıyırdı, amma bundan sonra onlar "Marian Grove Retirement Village" kənd-sanatoriyasında yaşlıları daşıyacaqlar.
Bolgexeber.com ICTnews-a istinadən bildirir ki, "Via" ictimai nəqliyyat xidməti tərəfindən smartfon üçün hazırlanmış sadə proqram vasitəsilə sürücüsüz avtobus çağırmaq mümkündür. Lakin bu, şəxsi taksi deyil, buna görə proqramda göstərilmiş avtobus dayanacağına getmək lazımdır. Yalnız kənd ərazisində hərəkət edən avtobusa minmə və düşmə dayanacaqlarda həyata keçirilir.
"BusBot" konsepsiyası, həmçinin sürücüsüz nəqliyyat vasitəsinin kollektiv, ictimai xidmət göstərdiyini nəzərdə tutur. Bu səbəbdən tək getmək alınmayacaq, sistem boş yerlərin mövcudluğunu izləyir, bütün sərnişinləri qısa müddətə daşımaq üçün hərəkət marşrutu qurur.
Sürücüsüz avtobusun ikinci sınaq mərhələsi təxminən 22 həftə davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər