Nazirlik rəsmisi:“Kəndlidən 10 qəpiyə alınan yemiş marketdə 1 manata satılır”
25-07-2019, 12:34
Oxunub: 5 184
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bostan məhsullarının baha olması ilə bağlı açıqlama verib
Bolgexeber.com xəbər verir ki, şöbə müdiri Modern.az-a bildirib ki, Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir:
"Fermerlər bildirir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən sayır, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər. Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər".
V.Hüseynov təqdim etdiyi fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkdiyini bildirib:
"Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Bunun adı insafsızlıqdır, vətəndaşın cibinə girməkdir. Fermerin əməyinə yazıq!"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər