BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Bakı şəhəri üzrə 5 rayonda keçiriləcək
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Bakı şəhəri üzrə 5 rayonda keçiriləcək
5-08-2019, 18:11
Oxunub: 3 835
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsininsadələşdirilməsi haqqında” fərmanının icrasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi istismara icazə verilmiş binalarda mobil qeydiyyat kampaniyalarını davam etdirir
İntensiv xarakter alan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 05-09 avqust tarixlərində paytaxtın 5 rayonunda keçiriləcək. Belə ki, avqustun 5-i Nizami, 6-sı Sabunçu, 7-i Nəsimi, 8-i Xətai, 9-u isə Nərimanov rayonlarında mənzillərin dövlət qeydiyyatına alınması üzrə xidmətlər göstəriləcək.
Nizami rayonu üzrə kampaniya 8-ci km yaşayış sahəsi, Elşən Süleymanov 158A ünvanındakı 17 mərtəbəli, 202 mənzilli binada, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki 14 mərtəbəli, 344 mənzilli binada keçiriləcək. Nəsimi rayonunda qeydiyyat xidmətləri Hənifə Ələsgərov küçəsi, 996-cı məhəllədəki 20 mərtəbəli, 71 mənzilli, Xətai rayonunda Nəcəfqulu Rəfiyev küçəsindəki 21 mərtəbəli, 183 mənzilli, Nərimanov rayonunda Ceyhun Hacıbəyli 40 ünvanındakı 18 mərtəbəli, 141 mənzilli binalarda keçiriləcək.
İstismara icazə verilən binalarda təşkil olunan səyyar kampaniyalar vətəndaşların daha rahat və sürətli formada mülkiyyət hüquqlarını həyata keçirməsinə yönəlib. Bununla da ölkədə dövlət qeydiyyatına alınmış leqal əmlakların sayı artır, vətəndaşların hüquqi və iqtisadi əməliyyatlarda mənzillərindən istifadəsi genişlənir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər