ƏMDK rəhbərliyi Oğuz, İsmayıllı və Qəbələ rayonlarında vətəndaşları qəbul edəcək
28-08-2019, 13:50
Oxunub: 4 509
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Oğuz, İsmayıllı və Qəbələ rayonlarında vətəndaş qəbulu keçirəcəkdir
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 31 avqust 2019-cu il tarixində Oğuz rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 11:00-da Oğuz şəhərində yerləşən Oğuz Olimpiya İdman Kompleksində keçiriləcək. Komitənin sədr müavini Rafiq Cəlilov isə həmin gün Qəbələ şəhərində vətəndaşlarla görüşəcək. Qeyd etmək lazımdır ki, Komitə sədrinin müavini Rüstəm Şahbazov 29 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək. Komitənin sədr müavinləri tərəfindən keçiriləcək qəbullar saat 11:00-da müvafiq olaraq Qəbələ şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində və İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65
Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəsi:
(02420) 5-26-44, (02420) 5-27-74, (02421) 5-26-44
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi:
(02421) 5-37-16, (02421) 5-37-48, (02028) 5-35-05
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər