Oktyabrın ilk hərracına çıxarılacaq dövlət əmlakları açıqlanıb
2-09-2019, 15:02
Oxunub: 4 037
Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə hərraclarına qoşulmaq ilə bağlı tətbiq etdiyi elektron xidmətlər vətəndaşların o cümlədən, digər proses iştirakçılarının vaxtına qənaəti təmin edir, şəffaflıq və məmnuniyyəti artırır
Dövlət əmlaklarına sifariş vermək, eləcə də hərraclarda iştirak üçün əlavə ünvanlara müraciət kimi prosedurları artıq elektron hərracın müasir üstünlükləri əvəz edir. Belə ki, iştirakçı statusu almaq istəyən hər kəs komitənin onlayn resursları vasitəsilə seçim edir, sifariş verir, eyni zamanda hərraca onlayn formada qoşula bilir. Bu fürsətlər hərraca marağı olan digər şəxslərin də prosesdə heç bir qeydiyyat olmadan iştirakını təmin edir.
Dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq istəyən şəxslər üçün növbəti iştirak imkanı 01 oktyabr tarixində keçiriləcək hərracda yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın ilk hərracına ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.
Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.
Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər