Azərbaycandan Türkiyəyə səfər edən turistlərin statistikası
6-09-2019, 11:28
Oxunub: 4 338
2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib.
Bolgexeber.com trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,90 faiz çoxdur.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,94 faiz olduğunu açıqlayıb.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 479,8 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,71 faiz çoxdur.
Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,94 faiz təşkil edib.
Ümumilikdə isə bu ilin iyul ayında Türkiyəyə 6,617 milyon turist səfər edib. Bu rəqəm ötən ilin iyulu ilə müqayisədə 16,67 faiz çoxdur.
İyul ayında Antalyaya 2,5 milyon, İstanbula isə 1,6 milyon turist səfər edib.
2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə ümumilikdə 24,6 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,11 faiz çoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər