“Nissan” şirkətinin rəhbəri istefa verib
16-09-2019, 14:57
Oxunub: 4 114
Sentaybrın 16-da Yaponiyanın “Nissan” avtomobil şirkətinin rəhbəri Hiroto Saikava istefa verib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, onun əvəzedicisi cari il oktyabrın sonlarında təyin ediləcək.
Qeyd edilir ki, yüksək məbləğdə mükafatlar aldığını bu günlərdə etiraf edən H.Saikavanın istefası şirkətin gəlirlərinin bərabərləşdirilməsi və Fransanın “Renault” şirkətilə əməkdaşlığının möhkəmləndirilməsi ilə əlaqələndirilir. Daxili araşdırmalar zamanı H.Saikavanın əsassız olaraq 47 milyon yen (təqribən 434 min dollar) məbləğində mükafat aldığı məlum olub.
H.Saikavanı müvəqqəti olaraq həm “Nissan”, həm də “Renault” şirkətlərinin direktorlar şurasının üzvü 63 yaşlı Yasuhiro Yamauçi əvəz edəcək. H.Saikavanın varisinin qarşısında şirkətin “Renault” ilə əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifə durur.
Yaponiyanın avtomobil istehsalı sahəsində ikinci yeri tutan “Nissan” şirkəti qarşıdakı 3 ildə 12,5 min işçinin ixtisarı planını elan edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər