BolgeXeber.Com » İqtisadiyyat » Avtomobil bazarında qiymətlər əl yandırır - VİDEO

Avtomobil bazarında qiymətlər əl yandırır - VİDEO

4-10-2019, 13:06
Oxunub: 2 926 Avtomobil bazarında qiymətlər əl yandırır - VİDEOAzərbaycanda avtomobil bazarında durğunluq davam edir.

Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Bazardakı alıclıarın əksəriyyəti ucuz qiymətə olan avtomobillər və "Mercedes" modelləri axtardıqlarını bildiriblər.

Elə satıcılar da bazarda daha çox Rusiya istehsalı olan avtomobillərin və qiyməti 12-13 min manatdan aşağı olan "inomarka"ların satıldığını qeyd ediblər. Bildirilib ki, "İnomarka"ların içində daha çox tələbat qiyməti 8-9 min manat olan və 1994-1995-ci illərdə istehsal edilmiş "Mercedes" modelləridir.

Satıcıların sözlərinə görə bazarda uzun müddətdir alıcı qıtlığı yaşanır. Alıcıların isə şikayəti qiymətlərin xeyli baha olmasındandır.