Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul
9-10-2019, 14:12
Oxunub: 5 915
Vətəndaş müraciətləri onlayn bağlantı əsasında dinlənilib
Hər bir vətəndaş müraciətinə qayğı və həssaslıqla yanaşılmasını fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi innovativ imkanları cəlb etməklə prosesi müasir formada təqdim edir. Belə ki, komitə tərəfindən virtual qəbulların təşkili insan amilinin gücləndirilməsinə, komitə rəhbərliyinin regionlardakı vətəndaşlarla birbaşa ünsiyyətinə və müraciətlərinin dinlənilməsinə imkan verir. Onlayn qəbullar ilə vətəndaşlar komitəyə gəlmədən, uzaq məsafə qət etmədən müraciətlərini operativ formada rəhbərliyə ünvanlayırlar.
Əmlak Məsələləri Dövlət Komitəsində növbəti virtual vətəndaş qəbulu 09 oktyabr tarixində keçirilib. Komitənin sədr müavini Rüstəm Şahbazov tərəfindən keçirilən qəbulda Abşeron və Şirvan rayonlarında olan vətəndaşların hər bir müraciəti müvafiq ərazi idarəsindən onlayn bağlantı əsasında qəbul edilmişdir. Kollegial formada keçən qəbulda komitə ilə yanaşı, ərazi şöbələrinin nümayəndələri də iştirak etmişdir. Müraciətlərdən bəziləri elə virtual qəbulda öz müsbət həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı sədr müavini yerli qurum nümayəndələrinə yerindəcə müəyyən tapşırıqlar verib.
Onlayn qəbul zamanı səsləndirilən müraciətlər, əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqların kadastr uçotuna alınması, o cümlədən dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaş məmnunluğu və rahatlığına yönəlmiş virtual qəbullar Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən müxtəlif bölgələr üzrə mütəmadi olaraq keçiriləcə
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər