BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda idxalın artımı ixracdan 7,5 dəfə çoxdur

Azərbaycanda idxalın artımı ixracdan 7,5 dəfə çoxdur

16-10-2019, 18:05
Oxunub: 3 356 Azərbaycanda idxalın artımı ixracdan 7,5 dəfə çoxdurBu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 14,866 milyard dollarlıq mal və məhsul ixrac edib. Xaricdən idxalımız isə 10,378 milyard dollar təşkil edib.

Bolgexeber.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında ümumilikdə Azərbaycan xarici ölkələrlə 25,244 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur. Bir ildə ildə ixrac 4,1 faiz, idxal isə 31,3 faiz artıb. Nəticədə xarici ticarətimizdə 4,488 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 29,55 faiz azdır.

Azərbaycanın ixracında ilk onluqda İtaliya, Türkiyə, İsrail, Hindistan, Almaniya, Çin, İspaniya, Rusiya, Fransa və Çexiya təmsil olunur. İdxalımızda isə ilk onluqda Rusiya, İsveçrə, Türkiyə,Çin, ABŞ, Almaniya, Kanada, İran, Ukrayna və Avstraliya qərarlaşıb.

Statistikadan aydın olur ki, son bir ildə İsveçrənin idxalda payı 6 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin 9 ayında bu ölkədən cəmi 201 milyon 754 min dollarlıq məhsul idxal etmişiksə, bu ilin eyni dövründə idxalımızın həcmi 1 milyard 201 milyon 305 min dollara çatıb. Dövlət Statistika Komitəsinin açıqladığı 6 aylıq məlumatdan aydın olur ki, İsveçrədən idxaldakı bu artım əsasən qızılın hesabınadır. Belə ki, ilin birinci yarısında Azərbaycan İsveçrədən 919 milyon 670,82 min dollar dəyərində 21 ton 723,89 kiloqram qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri,

15 milyon 811,33 min dollar dəyərində 400,15 kiloqram sikkə kəsilməsi üçün istifadə olunan qızıl alıb.

Qeyd edək ki, qızılın alıcısı Dövlət Neft Fondudur. Bu ilin 9 ayında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 125 milyon 621 min dollar çoxdur.

Doqquz ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 426 milyon 870 min dollar olub. MDB məkanına ixracımızın 499 milyon 151.17 min dolları, idxalımızın isə 1 milyard 605 milyon 411.01 min dolları Rusiyanın payına düşüb.

DÜNYA