Bill Qeyts milyarderlərin reytinqində Ceff Bezosu ötüb
16-11-2019, 12:17
Oxunub: 4 197
"Microsoft" şirkətinin banisi Bill Qeyts "Bloomberg" milyarderlərinin reytinqində lider mövqeyə yüksəlib.
"Report"un məlumatına görə, biznesmen iki il ərzində ilk dəfə "Amazon"un rəhbəri Ceff Bezosu ötməyə nail olub.
"Bloomberg Billionaires Index"in məlumatlarında bildirilir ki, Qeytsin sərvəti təxminən 110 milyard dollar təşkil edir. Bezos ondan 1 milyard dollar geri qalır.
Güman edilir ki, Qeyts Pentaqonla imzaladığı 10 illik müqavilə sayəsində birinci sərvətini artırıb. Müqavilənin qiyməti 10 milyard dollar hesablanır. Bu saziş əvvəlcə "Amazon"la bağlanmalı idi.
Bu günlərdə məlum olub ki, Bill Qeyts dünya zənginlərinin siyahısında ikinci yerdən üçüncü yerə geriləyib. “Forbes”in məlumatına görə, onun yerini Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” moda evinin sahibi, varidatı 107 milyard dollaradək artan Bernar Arno tutub. Nəticədə Bill Qeyts 106,8 milyard dollar varidatla üçüncü yerdə qərarlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər