BolgeXeber.Com » İqtisadiyyat » Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

21-11-2019, 16:24
Oxunub: 3 617 Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıbPrezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.