BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

27-01-2020, 10:05
Oxunub: 3 484 Azərbaycan nefti ucuzlaşmaqda davam edirAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,34 ABŞ dolları və yaxud 2,04% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,37 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.