“A-Qrup Sığorta” çöküş ərəfəsində... - xalis mənfəəti 25% azalıb
9-03-2020, 12:59
Oxunub: 4 562
“A-Qrup Sığorta” ASC 2019-cu ili 1,625 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 24,9% azdır.
Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 15,381 milyon manat (illik müqayisədə 9,9% çox), xərcləri 13,35 milyon manat (18,2% çox), mənfəət vergisi ödəmələri isə 406 min manat (25% az) təşkil edib.
Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 24,612 milyon manat olub ki, bu da illik müqayisədə 3,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% artaraq 12,048 milyon manata çatıb, balans kapitalı isə 4,2% azalaraq 12,564 milyon manata düşüb.
Xatırladaq ki, "A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər