BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti ucuzlaşıb - QİYMƏT

Azərbaycan nefti ucuzlaşıb - QİYMƏT

11-03-2020, 10:40
Oxunub: 3 459
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,41% azalıb.

FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,47 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.