Evdən çıxmadan yeni “Nar” abunəçisi ol!
10-04-2020, 14:16
Oxunub: 7 204
Hər zaman xidmətlərini istifadəçilərin tələbləri əsasında formalaşdıran “Nar”, xüsusi karantin rejimində müştərilərinə dəstək məqsədilə, yeni formatda nömrə satışına başlayıb. Pandemiya müddətində müştərilər “narsim.az” vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib birbaşa evə çatdırılma xidmətindən yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.
Yeni xidmətdən istifadə etmək üçün müştərilər “narsim.az” saytında nömrə sifarişi zamanı müvafiq bölmədə yaşayış ərazisini qeyd etməlidirlər. Bundan sonra, yaxın ərazi üzrə təyin olunmuş diler müştəri ilə əlaqə saxlayaraq ünvana çatdırılmanı təmin edir. Qeyd edək ki, bu xidmətdən paytaxt sakinləri ilə yanaşı, digər bölgələrdə yaşayan vətəndaşlar da yararlana bilərlər.
Mobil operatorun koronavirusla mübarizəyə dəstək məqsədilə yeni istifadəyə verdiyi digər bir xidmət də “Səyyar Nar” layihəsidir. Bu xidmət vasitəsilə abunəçilər evdən çıxmadan “Nar” xidmət mərkəzlərində göstərilən bütün xidmətləri əldə edə bilərlər. Müraciətlər 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər